Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünü keçirib. Sport24.az xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşıb.

 

Çimkənd şəhər stadionunda təşkil olunan görüşdə millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

 

24 oktyabr
 
18:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar) - 1:2

Qollar: Esra Manya, 30, Sevinc Cəfərzadə, 82
Baş hakim: Gulşoda Saidkulova (Özbəkistan)
Çimkənd şəhər stadionu