Azərbaycan Basketbol Liqasının IV turunda keçirilmiş "Quba" - "Lənkəran" oyununda hakimlərin mübahisəli qərarları olub. Sport24.az xəbər verir ki, bu barədə "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov 87:102 hesabı ilə uduzduqları qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
O, qarşılaşmanın dönüş nöqtəsini oyunçunun səhvi ilə əlaqələndirib:
"Onunla da uduzduq. 15 xallıq fərq oldu. Yenə də azarkeş yox idi. Hakimlərin də bəzi mübahisəli qərarları oldu. Buna ilişib qalmaq olmaz. Sadəcə, oyunumuz alınmadı. Hansısa basketbolçunun yaxşı və ya pis oynadığını deyə bilmərəm. Ümumi komanda olaraq zəif görünürdük. Hələ ki, çatışmayan cəhətlərimiz var. "Lənkəran" da zəif təsir bağışlamır. Legionerləri yaxşı səviyyədədir. Bir qədər hazırlaşıb daha güclü "Naxçıvan"a qarşı yaxşı oynamalıyıq".