Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, bu gün B qrupunda yer alan "Quba" "Lənkəran"ı qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 102:87.
Günün ikinci görüşündə "Ordu" "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün A qrupunun oyununda "Sabah" "Gəncə"ni məğlub edib - 87:68. Tura oktyabrın 26-da yekun vurulacaq.