"Ər Riyad 2025" İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb. Sport24.az xəbər verir ki, reqlamentə əsasən iştirakçı 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.

 

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. 

 

B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

 

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq.

 

İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq.

 

Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq.

 

Qızıl, gümüş və bürünc medalçıların adları isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.