Cəbəllütariqin "Linkoln" klubu avrokuboklarda əsas mərhələdə ilk qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, komanda Konfrans Liqasının 2-ci turunda öz meydanında Polşanın "Lex" klubunu 2:1 hesabı ilə məğlub edib..

 

Xatırladaq ki, "Linkoln" həm də Cəbəllütariqin avrokubokların əsas mərhələsinə vəsiqə qazanan ilk komandasıdır. 

 

Əlavə edək ki, Cəbəllütariq klubları 2014/15 mövsümündən bəri UEFA yarışlarında iştirak edirlər.