"Kəpəz" yeni mövsüm üçün komandanın kapitanlarını təqdim edib. Sport24.az klubunun mətbuat xidmətinə iistinadən xəbər verir ki, əsas kapitan Əli Səmədov olacaq.

 

Ötən ildən "Kəpəz"də çıxış edən Mahamadu Ba və Luis Paçu isə vitse-kapitanlar kimi sarğını daşıyacaqlar.

 

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında yeni mövsümün ilk oyununa bu gün çıxacaq. "Sumqayıt"la səfər matçı 20:30-da başlayacaq.