"Brayton"un yarımmüdafiəçisi Karlos Balebanın "Mançester Yunayted"ə keçidi baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qağayılar" 21 yaşlı kamerunlunu bu yay satmaqdan imtina ediblər. "Brayton" yarımmüdafiəçi üçün qarşı tərəfdən 133 milyon avro tələb edirdi.

 

Qeyd edək ki, Baleba 2023-cü ilin yayından "Brayton"da çıxış edir. O, 77 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.