Misli Premyer Liqasında ilk turunun 3-cü oyun günündə daha bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutacaq.

 

Şəhərin eyniadlı komandası "doğma divarlar" arasında "Kəpəz"i qonaq edir. "Kimyaçılar"ın yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında ilk rəsmi matçına çıxığını da vurğulamaq lazımdır. Gəncə təmsilçisi də mövsümə yeni-köhnə baş məşqçi ilə başlayacaq. Ötən mövsüm istefaya göndərilən Adil Şükürov mövsümlərarası fasilədə yenidən "sarı-göylər"in "sükanı arxasına" dəvət olunub.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. "Sabah" - "Qarabağ" görüşü isə həftəiçi ağdamlıların Çempionlar Liqasının pley-off mərhələsində oynaması səbəbindən təxirə salınıb. Turun dünən və srağagün keçirilən matçlarında "Turan-Tovuz" "İmişli"yə 1:0 hesabı ilə məğlub edib. "Karvan-Yevlax" və "Qəbələ" arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.

 

Misli Premyer Liqası

I dövrə, I tur

20:30. "Sumqayıt" - "Kəpəz"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.