"Fənərbaxça" "Real"a komandanın ukraynalı qapıçısı Andrey Luninin transferi üçün rəsmi təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik"in jurnalisti Samet Çair X sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, türklər Luninin qarşılığında "Real"a 30 yaşlı xorvatiyalı qapıçı Dominik Livakoviçi təklif etsələr də, Madrid klubu hələ ki, onun xidmətində maraqlı deyil. İstanbul klubu hazırda ukraynalının transferi üçün alternativ variantlar üzərində işləyir.

 

Qeyd edək ki, Lunin hazırda "Fənərbaxça"nın qapıçı mövqeyini gücləndirmək üçün əsas namizədi olaraq qalır.