"Liverpul"un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrıldıqdan sonra tikinti işləri ilə məşğul olacaq. Sport24.az  xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

 

Klopp iki yeni obyekt tikdirir. Onlardan biri vətəni Visbadendə, Maynts yaxınlığındadır. Mütəxəssis həm də Malyorkada (İspaniya) ev inşa etdirir. Çünki Belear adaları onun sevimli istirahət məkanıdır.

 

Qeyd edək ki, İndiyədək Yurgen Kloppun Almaniyadakı evinin tikinti işlərinə həyat yoldaşı Ulla Klopp nəzarət edirdi. Lakin məşqçi mövsümün sonunda "Liverpul"dan ayrılacaq və bütün tikinti işlərinə özü nəzarət edəcək.