Mərakeş millisi DÇ-2026-da 1/4 finalın Fransa ilə oyununa ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, Afrika təmsilçisinin hücumçusu İsmail Saibari zədə səbəbindən oyunu buraxacaq.

 

Bu barədə komandanın baş məşqçisi Mohebi Fransa mətbuatına açıqlamasında deyib. O, forvardın hələ hazır olmadığını bildirib.

 

Saibari 1/8 finalda Kanada ilə matçda zədələnmişdi.

 

Fransa – Mərakeş oyunu bu gün saat 00:00-da keçiriləcək.