"Zirə"nin "Torpedo" üzərində qələbəsi (3:0) UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.

 

Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutan ilk qarşılaşmada Uels təmsilçisi TNS-si məğlub edən "Sabah" da eyni əmsalı qazandırıb.

 

Azərbaycan (19,062) hazırda 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (101.852) başçılıq edir.