Roberto Martines Şotlandiya millisinin baş məşqçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

 

52 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir. Şotlandiya millisi DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra Stiv Klark Şotlandiya yığmasının "sükanı arxasından" gedib. 

 

Qeyd edək ki, Martines də həmçinin mundialda uğursuzluğa uğradıqdan sonra Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. İspaniyalı mütəxəssis 2023-cü ildən bəri milli komandaya rəhbərlik edirdi.