"İlk hissəni çox yaxşı keçirdik. Yeni mövsümdə ilk rəsmi matçımız olduğuna görə 70-ci dəqiqədən sonra komanda olaraq bir qədər yorulduq. Amma qalib gəlməyi bacardıq". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Eren Aydın UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" komandası üzərində 3:0 hesablı qələbədən sonra deyib.

23 yaşlı hücumçu qarşılaşmanı belə şərh edib:

"Əlimizdən gələnin ən yaxşısını etdik. Gürcüstan çempionatı davam etdiyi üçün "Torpedo" daha hazır vəziyyətdə idi. Biz isə elə deyildik. Hamı istirahətdən yeni qayıtmışdı. Hər şey qəfil baş verdi. Amma xoşbəxtik. Cavab oyununda daha yaxşı çıxış etmək istəyirik. Məqsədimiz mərhələni keçmək və qruplara qədər getməkdir. Klub tarixində bu, ilk olacaq. Öncəliyimiz budur. Heç bir qarşılaşma cavab oyunu keçirilmədən qazanılmış sayılmır. Təbii ki, üstün tərəf bizik. Amma futbolda hər şey mümkündür. Məsələn, DÇ-2026-nın 1/8 finalında Argentina Misirlə oyunda 0:2 hesabından sonra 3:2 qalib gəldi. Buna görə də cavab matçında da əlimizdən gələni etməliyik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.