Norveç millisinin hücumçusu Erlinq Halland Dünya Çempionatının 1/8 finalında Braziliyaya qarşı vurduğu iki qoldan sonra təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, "Mançester Siti"nin forvardı şəxsi "YouTube" kanalında yayımladığı videoda beşqat dünya çempionuna qarşı oynamağın xüsusi hiss olduğunu bildirib:

"Braziliya futbol ölkəsidir. Bu formanı, tarixi və bu millidə oynamış əfsanələri hamı tanıyır. Onlara qarşı meydana çıxmaq belə bir qədər qeyri-real görünür".

Norveçli futbolçu Braziliyanın oyunun favoriti hesab edildiyini və bunun komandası üzərindəki təzyiqi azaltdığını söyləyib:

"Düzünü desəm, Braziliyanı məğlub edə biləcəyimizi heç təsəvvür etmirdim. Buna görə də bu qələbə mənə daha qeyri-real gəlir. Bu, inanılmaz hissdir".

Halland oyundan sonra tamamilə yorulduğunu da gizlətməyib:

"Tamamilə tükənmişəm. İndi mənə bir az dincəlmək və yatmaq lazımdır. Bu qələbə həqiqətən möhtəşəm idi".

Qeyd edək ki, Norveç Dünya Çempionatının 1/8 finalında Braziliyanı 2:1 hesabı ilə məğlub edib. Komandasının hər iki qoluna Erlinq Halland imza atıb.