"Kəpəz" heyətini tanış sima ilə gücləndirib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi sabiq qapıçısı Rogerio Santosu yenidən heyətinə qatıb.
27 yaşlı portuqaliyalı qolkiper bu gün Gəncəyə gələcək və yaxın vaxtlarda komanda ilə hazırlıq prosesinə qoşulacaq.
Rogerio Santos "Kəpəz"ə azad agent statusunda transfer olunub. O, 2024/2025 mövsümündə də "sarı-göylər"in formasını geyinmişdi.
Qeyd edək ki, portuqaliyalı qapıçı son olaraq İsrail Premyer Liqasında çıxış edən "İroni Tiberias" klubunda çıxış edib.