Meksika millisinin qapıçısı Qilyermo Oçoa qərarını verib. Sport24.az xəbər verir ki, o, karyerasını başa vuracaq.
Kiprin AEK klubunda çıxış edən 40 yaşlı qolkiper 2026-cı il dünya çempionatında iştirak edəcək.
O, turnirdən sonra futbolla vidalaşacaq.
Qeyd edək ki, Oçoa Meksika millisində 152 oyuna çıxıb və 154 qol buraxıb.