"Bavariya" qapıçısı Manuel Noyerə yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Münhen klubu 40 yaşlı qolkiperlə müddəti 2027-ci ilin yayına kimi olan müqavilə imzalamaq niyyətindədir.

 

Noyer özü də "Bavariya"da qalmağa razıdır. Tərəflər arasında danışıqlar son mərhələdədir.

 

Manuel Noyer 2011-ci ildən Münhen klubunda çıxış edir.