Manuel Noyer "Bavariya" ilə müqaviləsini uzatmaq istəyir. Münhen klubu təcrübəli qapıçıya 2027-ci ilə qədər yeni sözləşmə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, tərəflər müqavilənin təfərrüatları ilə bağlı ilkin danışıqlar aparıblar, lakin hələlik yekun razılaşma əldə edilməyib.

 

Həmçinin bildirilir ki, ehtiyat qapıçı Yonas Urbiq bu mövsümlə müqayisədə "yeni futbol ili"ndə daha çox oyun vaxtı alacaq.

 

Qeyd edək ki, 40 yaşlı Noyer bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib və 11 görüşdə qapısını toxunulmaz saxlayıb.