Fransanın "Marsel" klubunun yeni baş məşqçisinın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisini Bruno Jenezio çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

59 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Bruno Jenezionun son iş yeri "Lill" olub. "Marsel" isə Həbib Beye ilə yollarını ayırıb.