Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferensvaroş" komandasına uduzub - 0:1.
"Qarabağ" bu gün Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə klubun yeni transferi Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi Borges vurublar.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda yerli "Tirol" komandasına 4:0 hesabı ilə qalib gəlib.