Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Zirə" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli "Fatih Karagümrük"lə üz-üzə gəlib.

 

Matç "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmilçisinin heyətində George Papunaşvili fərqlənib.

 

Qeyd edək ki, "Zirə" Boludakı ilk matçında Özbəkistan "Navbahor"una 1:3, ikinci matçında Türkiyə təmsilçisi "Igdır"a 3:4 hesabı ilə uduzub.