Bu gün stolüstü tennis üzrə Respublika birinciliyində mübarizə başlayıb. Sport24.az xəbər verir ki, "Süa İdman-Sağlamlıq Mərkəzi"ndə keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərir.

 

Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparır.

 

Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyə iyulun 3-də yekun vurulacaq.