"Atletiko" müqaviləsi başa çatan Koke ilə bağlı qərar verib. Sport24.az xəbər verir ki, kapitan La Liqa nəhəngində qalacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspaniya millisinin sabiq üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Koke "Atletiko"nun yetirməsidir. 30 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində 56 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.