"Mançester Yunayted" qapıçı Senne Lammensinin transferi ilə bağlı "Antverpen" ilə danışıqları davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

 

Belçika klubu 23 yaşlı milli üzvünü 25 milyon avrodan aşağı satmaq istəmir. "Mançester Yunayted" isə bonusları da nəzərə almaqla keçidi 20 milyon avroya həll etmək niyyətindədir.

 

Qeyd edək ki, Lammensi bu mövsüm Belçika çempionatında 4 matçda iştirak edib və 4 qol buraxıb.