"Fiorentina"nın hücumçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı italiyalı ilə "Mançester Yunayted" maraqlanır. Futbolçunun müqaviləsində iyulun 1-dən 15-dək qüvvədə olan 52 milyon avroluq satınalma maddəsi var.

 

Qeyd edək ki, Kin ötən mövsüm 44 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.