"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasının finalında "Tottenhem"ə qarşı keçirəcəkləri oyundan əvvəl kuboku başı üzərində qaldırmaqdan qürur duyacağını deyib. Sport24.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlama verib:

 

"Avropa Liqasının kubokunu qaldıran kapitanlardan biri ola biləcəyimi düşünmürdüm. Bu gözəl hiss olacaq, bununla fəxr edəcəm. Amma əsas odur ki, kuboku Mançesterə gətirək".

 

Qeyd edək ki, Avropa Liqasının finalı bu gün keçiriləcək. "Tottenhem" - "Mançester Yunayted" qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.