"Mançester Yunayted" Koul Palmeri istəyir. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" "Çelsi"nin yarımmüdafiəçisi üçün hərəkətə keçib.
Mançester təmsilçisi Palmeri nə qədər istəsə də, "Çelsi" onu satmağı düşünmür.
Lakin təzminat yüksək olarsa, "zadəganlar" onun gedişinə icazə verəcək.
Palmer bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.
22 yaşlı futbolçu "Çelsi"dən əvvəl "Mançester Siti"də oynayıb.