"Mançester Yunayted"in gənc ulduzu Kobbi Maynu klubla yeni sözləşmə imzalamağa çox yaxındır. Sport24.az xəbər verir ki, bu barədə klubun hazırkı baş məşqçisi Maykl Karrik təsdiqləyib.
İngiltərəli mütəxəssis gənc futbolçu ilə aparılan danışıqların müsbət yekunlaşmaq üzrə olduğunu bildirib. O, prosesin son mərhələyə çatdığını və tərəflərin razılığa çox yaxın olduğunu vurğulayıb.
Qeyd edək ki, Maynunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin klub onun inkişafını nəzərə alaraq daha uzunmüddətli, 2031-ci ilə qədər nəzərdə tutulan yeni 5 illik müqavilə təklif etməyə hazırlaşır.