"Mançester Yunayted" iki futbolçusu ilə yollarını ayırmağa yaxındır.

Sport24.az xəbər verir ki, yarımmüdafiəçi Kazemiro və müdafiəçi Rafael Varan İngiltərə nəhənginin sıralarını tərk edə bilər.

"Qırmızı şeytanlar"ın yeni sahibi Cim Ratkliff Mainu, Qarnaço və Rasmus Hoylund kimi gənclərə güvənmək istəyir. Klub yay transfer pəncərəsində də yeni oyunçular dəvət etmək niyyətindədir.

Varan bu mövsüm İngiltərə çempionatında 21 oyun keçirib, 1 qol vurub. Kazemiro Premyer Liqada 18 matçda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.