"Mançester Siti"nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanovun nə vaxt məşqlərə başlayacağı bəlli olub. Sport24.az xəbər verir ki, özbək futbolçunun əvvəlcə İngiltərə Premyer Liqasının 8-ci turunun "Everton"a qarşı 2:0 hesabı ilə qalib gəldikləri oyun üçün geri dönəcəyi gözlənilirdi. Lakin bu, baş tutmayıb.

 

Premyer Liqanın 5-ci turunun "Arsenal"la(2:0) matçında zədələnmişdi. 21 yaşlı müdafiəçi mövsümün əvvəlində 5 matçda meydana çıxıb. Onun zədəsini gələn həftəyə kimi sağalda biləcəyi iddia olunur. 

 

Özbəkistan millisinin müdafiəçisi İngiltərə klubunun heyətində 15 oyuna çıxıb, 1 qol vurub.