İtaliya A millisinin keçmiş baş məşqçisi Roberto Mançini İngiltərə Premyer Liqasında işləyə bilər. Sport24.az xəbər verir ki, "Nottingem Forest" təcrübəli mütəxəssislə danışıq aparır. 

 

Rəhbərlik bu qərarı, səkkiz matçlıq qələbəsizliyə görə Ange Postekoglunun qovulmasından sonra verib. 

 

Mançinin rəhbərliyə ilkin razılıq verdiyi bildirilir.

 

"Nottingem Forest" hazırda səkkiz matçdan sonra 5 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.