"Qarabağ"ın əməkdaşı – əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İdman Menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb.

 

2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

 

Qeyd edək ki, Yohan Kroyf Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.