İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Atletik" səfərdə "Elçe"nin qonağı olub.

 

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

9 turdan sonra 14 xal toplayan "Atletik" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ"ın "Atletik"lə oyunu oktyabrın 22-də "San Mames"də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.