"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının doqquzuncu turunda "Jirona" (2:1) ilə oyunun sonunda qırmızı vərəqə alması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, alman mütəxəssis hakim qərarlarına etiraz etdiyi üçün cəzalandırılıb və buna görə qarşıdakı "El Klassiko"da, Madrid "Real"ına qarşı oyunu buraxacaq.

 

Flik bildirib ki, hakimlə danışmağa çalışıb, lakin o baş məşqçi ilə ünsiyyət qurmaq istəməyib: "Hakim qərarını verdi və mən onu hörmətlə qarşılayıram. Mənim üçün ağırdır ki, "El Klassiko"da komandamla birlikdə ola bilməyəcəm".

 

Qeyd edək ki. "Real" – "Barselona" matçı oktyabrın 26-da "Santiyaqo Bernabeu" stadionunda keçiriləcək.