"Mançester Siti" Premyer Liqanın maliyyə qaydalarının 115 bəndini pozmaqda ittiham olunsa da, kluba qarşı sanksiya tətbiq olunmayacaq. "Şəhərlilər" Premyer Liqadan kənarlaşdırılsa, liqa 2,5 milyard funt sterlinq (2,8 milyard avro) itirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" qəzeti özünün "X" sosial media səhifəsində paylaşım edib.
Mənbənin sözlərinə görə, əgər "Siti" Premyer Liqadan kənarlaşdırılarsa, hücumçu Erlinq Haland və "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kimi ulduzlar klubu tərk edəcəklər. Televiziya kanalları Premyer Liqa ilə müqavilələrini ləğv etmək hüququna malik olacaqlar ki, bu da "dərhal" 2,5 milyard funt sterlinq itki ilə nəticələnəcək.
Qeyd edək ki, Premyer Liqa rəsmi olaraq "Mançester Siti"ni liqanın maliyyə qaydalarını pozmaqda ittiham olunur. 2023-cü ilin fevralın irəli sürülüən ittihamda 115 bəndə riayyət olunmadığı bildirilib.