Misli Premyer Liqasının XIX turunun açılış oyunu yubileylə əlamətdar olacaq. Sport24.az xəbər verir ki, "Sabah" və "Araz-Naxçıvan" komandaları arasında keçiriləcək matç tərəflərin çempionatda 10-cu matçı kimi tarixə düşəcək.
İndiyədək baş tutan 9 görüşün 3-də Bakı klubu, cəmi 1-də Naxçıvan təmsilçisi qələbə qazanıb.
"Araz-Naxçıvan"ın bu rəqibə qarşı çempionatda yeganə qalibiyyəti 2023-cü ilin dekabrında qeydə alınıb - 2:0.
Komandalar arasında beş qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Sabah"ın cüzi üstünlüyü var - 11:9.
Fevralın 8-də "Bank Respublika Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək. Meydan sahibləri 43 xalla çempionatın vahid lideridir. "Araz-Naxçıvan" 27 xalla altıncı pillədə qərarlaşıb.