Kriştiano Ronaldo ilə bağlı davam edən vəziyyət fonunda Səudiyyə Ərəbistanı Pro Liqası ilə tərəfdaşlığını dayandıran ilk böyük beynəlxalq yayımçı şirkət bəlli olub. Sport24.az 2Speedline" istinadən xəbər verir ki, bu, "FOX Sports" olub. 

 

Mənbənin sözlərinə görə, Ronaldonun qərarının nəticələri son dərəcə ciddi ola bilər. Mövcud məlumata görə, liqa artıq qlobal media və kommersiya layihələri ilə bağlı təxminən 2,4 milyard dollar itki ilə üzləşib.

 

Qeyd edək ki, Ronaldo liqadakı son transferlərdən narazılığına görə "Əl-Nəsr" oyunlarını boykot edir.