İspaniya La Liqası təmsilçisi "Malyorka" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Vilyareal"ın müdafiəçisi Xoan Mohika ilə anlaşıb.

 

Kolumbiya millisinin üzvünün yeni klubuna keçidinin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Mohika son mövsümü icarə əsasında İspaniyanın "Osasuna" klubunda keçirib.