"Çelsi" Yunanıstan millisinin və "Benfika"nın 26 yaşlı hücumçusu Vangelis Pavlidislə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

 

Mənbənin məlumatına görə, forvardın müqaviləsində 100 milyon avro təzminat qarşılığında sərbəst qala biləcəyi ilə bağlı bənd var. Bununla belə, Portuqaliya klubu Pavlidisi daha az məbləğ qarşılığında buraxa bilər. Futbolçu ilə Madrid "Atletiko"su və "Barselona" da maraqlanır.

 

Pavlidis Yunanıstan millisinin heyətində 46 oyun keçirib, 8 dəfə fərqlənib.

 

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 46 matçda iştirak edib, 24 qol vurub, 10 məhsuldar ötürmə edib.