"Liverpul" müdafiəçisi Kostas Tsimikasla vidalaşmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə  "Football Insider" portalı məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, mersisaydlılar 28 yaşlı yunan futbolçunu yay "transfer pəncərəsi"ndə satmağa hazırdır.

 

Qeyd edək ki, müdafiəçi cari mövsümdə ümumilikdə 28 oyunda meydana çıxıb. Onun aktivində  iki məhsuldar ötürmə var. "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.