"Liverpul"un qapıçısı Kaomhin Kelleher yay "transfer pəncərəsi"ndə komandasını tərk edərək başqa kluba keçə bilər. Sport24.az xəbər verir ki, irlandiyalı qolkiper komandadakı əvəzedici rolundan razı deyil.
"Qırmızılar" Giorgi Mamardaşvilini transfer etdiyinə görə, Kelleherin klubdakı gələcəyi sual altına düşüb və o, tezliklə komandasını dəyişmək istəyir.
"Bornmut" irlandiyalının xidmətində maraqlıdır. Daha əvvəl "Çelsi" və "Tottenhem"in onu heyətinə qatmaq istədiyi bildirilirdi.
Qeyd edək ki, Kelleher bu mövsüm "Liverpul"un heyətində 18 oyuna çıxıb və 17 top buraxıb.