"Liverpul" yay "transfer pəncərəsi"ndə "Əl "Hilal"ın hücumçusu Markos Leonardo heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Give Me Sport" məlumat yayıb.
"Mersisayd" təmsilçisi 22 yaşlı futbolçunu mövsümün sonunda komandadan ayrılacaq Məhəmməd Salahın ideal əvəzləyicisi kimi görür.
Qeyd edək ki, "Əl Hilal" Markos Leonardo 2024-cü ilin yayında "Benfika"dan transfer edib. Brazilyalı futbolçu Ər-Riyad təmsilçisinin heyətində meydana çıxdığı 71 rəsmi matçda 44 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.