"Liverpul" Dominik Soboslainin müqaviləsinin müddətini artıracaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

İngiltərə klubu artıq macarıstanlı futbolçu ilə razılıq əldə edib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin 2028-ci ilin yayında kimi nəzərdə tutulan müqaviləsi daha 3 il uzadılacaq.

 

Qeyd edək ki, "Liverpul" Dominik Soboslaini 2023-cü ilin yayında "Leyptsiq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.