"Qarabağ" bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə İslandiya təmsilçisi "Vestri" ilə üz-üzə gələcək.
Bakıda baş tutan ilk görüş ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çexiyalı hakim Marek Radinanın fir çalacağı matçın start fiti Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) duelində sevinən tərəflə qarşılaşacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
16 iyul
00:00. Vestri – Qarabağ 0:1 (Birinci hissə)
Qol: J. Muaddib, 5.
Baş hakim: Marek Radina (Çexiya).
Reykyavik. "Trottarvöllur" stadionu.
İlk oyun- 0:3
"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua.
Ehtiyat oyunçular: 33 Snedal, 4 Qbadamosi, 6 Balde, 10 Haftorsson, 12 Fete, 15 Svavarsson, 17 Hauksson, 23 Hermannsson, 27 Mörfelt, 29 Çeşmedjiyev.
"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo.
Ehtiyat oyunçular: 1 Şahruddin Məhəmmədəliyev, 13 Bəhlul Mustafazadə, 18 Dani Bolt, 21 Oleksey Kaşuk, 25 Cebrail Makretskiy, 29 Renaldo Sefas, 32 Hikmət Cəbrayılzadə, 44 Elvin Cəfəquliyev, 49 Əli Bəşirov, 88 Samuel Lobato.