İngiltərə milli komandasının sabiq futbolçusu Kayl Volker yığmanın DÇ-2026-nın yarımfinal mərhələsində Argentinaya(1:2) məğlubiyyətinin günahkarı kimi Tomas Tuxeli göstərib. Sport24.az xəbər verir ki, Valker millinin baş məşqçisini əvəzetmələrinə görə tənqid edib:
"O, Qordonu Konsu ilə əvəzlədi. Bu da Argentinaya əvəzetmələrdə azadlıq verdi. Çünki bundan sonra Argentinanın müdafiə olunmasına ehtiyac qalmadı. Biz daha çox müdafiədən oynamağa başladıq. Halbuki biz hücum qüvvəmizi artırmalıydıq. Heç futbolla məşğul olmayan insanlar da gedişatın hansı istiqamətə yönəldiyini görürdü. Daha sonra meydana Lautaro Martinez daxil oldu. Qol duyumu yüksək olan hücumçudur. Son dəqiqələrdə lazımı mövqedə dayandı və qolunu vurdu".