İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını və verdiyi qərarlara görə peşman olmadığını bildirib.
"Milyonlarla məşqçi bu oyunu müzakirə edə bilər, amma meydanda qərarları mən verməli idim. Matçı təhlil etmişdim və seçdiyim oyun planına görə məsuliyyəti üzərimə götürürəm. Həmin an heç nəyə görə peşman deyildim. Komanda bütün gücünü ortaya qoydu və qələbəyə çox, çox yaxın idi. Hesabda önə keçməyə layiq idik və ümumilikdə ən yaxşı oyunlarımızdan birini, bəlkə də şəraiti nəzərə alsaq, ən yaxşısını keçirdik.
Komanda yüksək səviyyədə çıxış etdi. Sadəcə işi sona çatdıra bilmədik. Amma heç nəyə görə peşman deyiləm. Qələbəyə çox yaxın idik.
Düşünürəm ki, bütün matç ərzində xarakterimizi göstərdik və güclü kollektiv olduğumuzu sübut etdik. Güclü rəqiblərə qarşı öz oyun üslubumuzla çıxış etdik, uzun yol qət etdik, yüksək səviyyədə oynadıq, 10 nəfərlə, isti havada mübarizə apardıq və bütün çətinliklərin öhdəsindən gəldik. İndi bütün turniri təhlil etməyin vaxtı deyil. Sadəcə həlledici oyunda uduzduğumuz üçün mübarizəni dayandırdıq", - deyə Tuxel bildirib.
Qeyd edək ki, Argentina finalda İspaniya ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda görüşdə Fransa ilə üz-üzə gələcək.