Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının (AAF) idman işləri üzrə direktoru təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə AAF məlumat yayıb.
Bildirilib ki, federasiyanın prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə keçirilən iclasda Mariana Vasilevanın idman işləri üzrə direktor vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib.
Cavid Qurbanov Mariana Vasilevaya yeni vəzifəsində uğurlar arzulayıb.