DÇ-2026-nın yarımfinal mərhələsinin İspaniya ilə matçında zədələnən Vilyam Salibanın durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, belində ağrılar hiss edən Fransa millisinin üzvü əməliyyat olunacaq.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Arsenal"ın 25 yaşlı mərkəz müdafiəçisi təxminən 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Vilyam Saliba dünya çempionatında Fransa yığmasının heyətində 6 oyunda meydana çıxıb.