Qazaxıstanın yeniyetmələrdən ibarət millisinin futbolçusu Kərim Mendikanov İspaniyanın "Barselona" klubu ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə 15 yaşlı vinger İnstaqram hesabında paylaşım edib.

 

"Ömrümün klubuyla müqavilə imzaladığım üçün çox qürurluyam", – deyə futbolçu yazıb.

 

Mendikanov "Barselona"nın "La Masia" akademiyasında çıxış edəcək. O, Kataloniya klubunun müqavilə bağladığı ilk qazaxıstanlı futbolçu kimi tarixə düşüb.

 

Kərim futbola Qazaxıstanın "Astana Junior" klubunda başlayıb. O, 2021-ci ildə "Arıstan kuboku" turnirinin ən yaxşı hücumçusu seçilib. Futbolçu 2022-ci ildə İspaniyaya köçərək "Serdanyola" və "San-Kuqat" komandalarının aşağı yaş qruplarında çıxış edib.